Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir C.Nəsibova/
"Muğanbank" ASC-nin aktivlərinin həcmi 2012-ci il noyabrın 1-nə 269 065,35 min manata çatdırılıb ki, bu da ötən ayın göstəriciləri ilə müqayisədə 2,6% çoxdur.
Bankdan Trend-ə verilən məlumata görə, həmçinin, əhalinin əmanətləri 78 843,77 min manata çatdırılıb. Bankın kredit portfeli artaraq 204 665,71 min manat təşkil edib.
Bankın faiz gəlirləri 22 279,94 min manata, qeyri-faiz gəlirləri isə 10 378,63 min manata çatdırılıb.
Noyabrın 1-nə bankın məcmu kapital isə 39 589,73 min manat təşkil edib.
"Muğanbank"ın müvafiq dövr üçün likvidlik əmsalı 57,79%-ə bərabərdir.