...

Şahin Mustafayev: Azərbaycan və Macarıstan arasında iqtisadi münasibətlərin inkişafı üçün potensial var (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2012 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycan və Macarıstan arasında siyasi münasibətlər yüksək səviyyədədir və iqtisadi münasibətlərin gələcək inkişafı üçün potensial mövcuddur. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Macarıstan biznes forumunda deyib.

"Hər bir səfər müsbət nəticələr verir, ona görə də biz Macarıstanın Baş nazirinin Ofisinin xarici və xarici iqtisadi fəaliyyət üzrə dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının həmsədri Peter Siyartonun səfərindən çox şeylər gözləyirik. Bu səfər çərçivəsində Bakıda Macarıstan Ticarət Evi açılacaq", - nazir bildirib.

Onun sözlərinə görə, bu günədək ölkələr arasında təxminən 30 sənəd imzalanıb və onlar Azərbaycan və Macarıstan arasında iqtisadi əlaqələrin inkişafı üçün yaxşı ilkin şərtlər yaradır.

Nazir hesab edir ki, ölkələr arasında investisiyalar, inşaat, əczaçılıq və başqa sahələrdə əlaqələrin inkişafı üçün potensial var.

"Macar şirkətləri ilə əməkdaşlıq etməyi arzu edən biznesmenlərə hökumət tərəfindən zəmanət verilir, bunun üçün lazımi normativ-hüquqi baza da mövcuddur", - nazir bildirib.

Tərkibinə iqtisadiyyatın müxtəlif sahələrinin, habelə bank, turizm sektorları, həmçinin "Viz-Eyr" aviaşirkəti nümayəndələrinin daxil olduqları Macarıstan nümayəndə heyəti Bakıdadır.

2012-ci ilin yanvar-oktyabrında iki ölkə arasında əmtəə dövriyyəsi 13,397 milyon dollar təşkil edib ki, bunun 13,3 milyon dolları Macarıstandan Azərbaycana idxalın payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti