...

Ötən il 39 mindən çox vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2013 17:36 (UTC +04:00)
2012-ci il ərzində vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 39 125 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.
Ötən il 39 mindən çox vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

2012-ci il ərzində vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 39 125 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, onlardan 19 279-nun (49,3%) nağd hesablaşmaların aparılması qaydalarını pozduğu, 4013-nün (10,6%) qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul etdiyi və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla alıb-satdığı və ya dəyişdirdiyi, 3536-nın (9,04%) vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 5803-nün (14,4%) xüsusi razılıq (lisenziya) almadan sahibkarlıqla məşğul olduğu müəyyən edilib.

Hesabat dövründə 4133 vergi ödəyicisi tərəfindən 7027 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 1670 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 691 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 10 448 ədəd mal olduğu aşkarlanıb.

Aşkar olunmuş qanun pozuntuları ilə bağlı qanunauyğun tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti