...

Bakı metrosunun "28 May" stansiyasının girişinin bağlanacağı dəqiq tarix məlum olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2013 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir E.İsmayılov/

Metronun "28 May" stansiyasının əsas girişində aparılan yenidənqurulma və müasirləşdirilmə işləri ilə əlaqədar stansiyanın girişi yanvarın 21-dən bağlanacaq. Bu barədə bazar ertəsi Trend-ə Bakı Metrolitenindən məlumat verilib.

Metropolitendən deyildiyi kimi, stansiyada görülən işlər dövründə sərnişinlər stansiyanın ikinci girişindən, eləcə də "Cəfər Cabbarlı" stansiyasına keçiddən istifadə edə biləcəklər.

"Hələlik yalnız stansiyanın əsas girişi bağlanacaq, çıxış isə fəaliyyət göstərəcək və sərnişinlər ondan istifadə edə biləcəklər", - Bakı Metrolitenindən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti