Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir E.İsmayılov/
Bazar günü Milli Matəm Günündə "20 Yanvar" metrostansiyasına giriş pulsuz olacaq. Bu barədə Trend-ə çərşənbə günü Bakı Metropolitenindən bildiriblər.
Metropolitendən deyildiyi kimi, hər il bu gün "20 Yanvar" stansiyasının girişi günortaya qədər pulsuz olur.
"Adətən "20 Yanvar" stansiyasının girişi günortaya qədər pulsuz olur və çox güman ki, bu il də belə olacaq", - Metropolitendən bildiriblər.
Qurumdan qeyd ediblər ki, 20 Yanvar - Milli Matəm Günü ilə əlaqədar stansiyada anım mərasimi təşkil olunacaq və saat 12:00-da Bakı Metropolitenindəki bütün qatarlar fit verəcək, 1990-cı il yanvarın 20-də Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsi yad ediləcək.