...

Azərbaycanda lotereya biletlərini SMS-lə almaq mümkün olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2013 15:24 (UTC +04:00)
"Azərlotereya" ASC cari ilin I rübünün sonundan SMS vasitəsilə internetdən, "PayPoint" terminallarından və "Topaz" idman mərc oyunları məntəqələrindən lotereya biletlərinin satışına başlamağı planlaşdırır.
Azərbaycanda lotereya biletlərini SMS-lə almaq mümkün olacaq

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir A.Axundov/

"Azərlotereya" ASC cari ilin I rübünün sonundan SMS vasitəsilə internetdən, "PayPoint" terminallarından və "Topaz" idman mərc oyunları məntəqələrindən lotereya biletlərinin satışına başlamağı planlaşdırır. Bu barədə cümə günü Trend-ə ASC-nin rəhbəri Maqsud Tağıyev bildirib.

"Ötən il biletlərin onlayn satışı üçün proqram təminatını hazırlamağa başladıq. Bu iş demək olar ki, yekunlaşıb. Mart ayı ərzində bu xidməti test rejimində işə salacağıq. Biz, həmçinin saytı yeniləyirik və onun funksionallığını artırırıq", - Tağıyev deyib.

Onun sözlərinə görə, biletlərin satışını atrırmaq üçün ASC ötən ilin sonunda tender elan edib.

"İndiyədək biletlərimiz yalnız bir distribüter tərəfindən satılırdı, lakin bu şəbəkəni genişləndirdik. Tender yolu ilə 3 şirkət seçilib. Qaliblərdən biri indiki distribüter "Lotto Yayım" olub. Bu şirkət terminallarımız yolu ilə biletləri satır. İkinci şirkət isə "Topaz" oyunlarını təşkil edən "Azerinteltek" olub. Onlar biletlərmizi öz satış məntəqələrində satacaqlar. Belə məntəqlərin sayı 400-ü ötür. Onlarla işləmək bizə çox maraqlıdır, çünki bizim terminlların alınmasında əlavə kapital vəsaitlərinə ehtiyacımız qalmır. Üçüncü şirkət "SIP Ltd"dir. Bu şirkət biletləri "PayPoint" terminalları vasitəsilə və SMS yolu ilə satacaq. Biz hər üç mobil operatorla işləmək niyyətindəyik", - Tağıyev vurğulayıb.

Onun sözlərinə görə, ASC öz terminallarının sayını (hazırda müəssisənin balansında təqribən 300 terminal var) artırmağa davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti