Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir A.Axundov/
2013-cü ilin yanvarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 84,42 faiz azalaraq 146,45 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə günü BFB-nin yaydığı məlumatda deyilir.
Ölkənin fond bazarının belə azalması dövlət qiymətli kağızlar bazarının 85,93 faiz, korporativ qiymətli kağızlar bazarının isə 30,54 faiz azalması hesabına baş verib.
Dövlət qiymətli kağızlar bazarı yanvarda 128,65 milyon manata çatıb, korporativ kağızlar bazarının həcmi isə 17,8 milyon manat təşkil edib.
Korporativ qiymətli kağızlar üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2012-ci ilin yanvar-dekabr ayları):
Bazarın seqmentləri |
2013 (31.01.13) |
2012 (31.01.12) |
Faiz nisbəti |
||
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
Əqdlərin həcmi AZN |
Əqdlərin sayı |
||
Korporativ istiqrazlar - (yerləşdirmə) |
8 414 500,00 |
4 |
6 374 836,00 |
3 |
132,00% |
Korporativ istiqrazlar - (təkrar bazar) |
7 630 682,51 |
11 |
15 863 469,80 |
7 |
48,10% |
Səhmlər - (yerləşdirmə) |
1 500 000,00 |
5 |
3 303 000,00 |
8 |
45,41% |
Səhmlər - (təkrar bazar) |
251 601,04 |
322 |
82 092,88 |
107 |
306,48% |
KQK bazarı cəmi |
17 796 783,55 |
342 |
25 623 398,68 |
125 |
69,46% |
Dövlət sektoru üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2013-ci ilin yanvar ayı):
Bazarın seqmentləri |
2013 (31.01.13) |
2012 (31.01.12) |
Faiz nisbəti |
||
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
||
Dİ (AR MN) - (yerləşdirmə |
0,00 |
0 |
0,00 |
0 |
- |
Dİ (AR MN) - (təkrar bazar) |
0,00 |
0 |
0,00 |
0 |
- |
Notlar (AR MB) - (yerləşdirmə) |
39 947 772,90 |
13 |
84 836 613,35 |
22 |
47,09% |
Notlar (AR MB) - (təkrar bazar) |
39 949 480,00 |
3 |
2 495 727,50 |
1 |
1600,71% |
Repo əməliyyatları |
48 755 781,81 |
6 |
827 112 619,77 |
127 |
5,89% |
DQK bazarı cəmi |
128 653 034,71 |
22 |
914 444 960,62 |
150 |
14,07% |
İxtisarlar:
Dİ - dövlət istiqrazları
AR MN - Azərbaycan Respublikası Maliyyə Nazirliyi
AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı
DQK - Dövlət qiymətli kağızları
KQK- Korporativ qiymətli kağızları