...

"Bolkart" kredit kartlarımın tətbiq dairəsi genişlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2013 15:21 (UTC +04:00)
Azərbaycanın ən geniş yayılmış kredit kartı olan "Bolkart"la artıq dünyada tanınmış Mango, Next və Celio brend mallarını rahatlıqla almaq mümkündür.
"Bolkart" kredit kartlarımın tətbiq dairəsi genişlənib

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Azərbaycanın ən geniş yayılmış kredit kartı olan "Bolkart"la artıq dünyada tanınmış Mango, Next və Celio brend mallarını rahatlıqla almaq mümkündür.

"Bank of Baku" ASC-dən cümə axşamı Trend-ə verilən məlumata görə, hər bir "Bolkart" sahibi Mango, Next və Celio mallarını alıb, haqqını 3-6 ay ərzində ödəyə bilər.

Avropanın aparıcı geyim brendləri olan Mango (İspaniya) qadın geyimləri, Next (Britaniya) qadın, kişi və uşaq geyimləri və Celio (Fransa) kişi geyimləri bütün dünyada şöhrət qazanıblar və istehlakçıların böyük tələbatına malikdirlər. Beləliklə, bundan belə hər "Bolkart" sahibi bu brendlərdən geyim, aksesuar alıb, dəyərini növbəti aylar ərzində hissə-hissə ödəyə bilər.

Xatırladaq ki, yerli və xarici brendlərin geniş təmsil olunduğu "Bolkart"ın keçərli olduğu mağaza və ticarət mərkəzlərinin toplam sayı bu günlərdə artıq 500-ü aşıb. "Bolkart"a malik şəxslərin sayı isə artıq 55 000-i keçib. "Bolkart"ın maksimal balansı 3 000 manatdan 5 000 manata qədər artırılıb. Artıq arayışsız "Bolkart"ı bankın bütün filiallarından əldə etmək mümkün olacaq.

"Bolkart"ı həm onlayn rejimdə - http://www.bolkart.az, həm də "Bank of Baku"nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar. "Bolkart" tamamilə pulsuz, bərpaolunan limitli bir kredit kartıdır. "Bolkart"dan "Bank of Baku" ilə tərəfdaş olan tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında və digər ticarət obyektlərində istifadə etmək olar.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün "Bank of Baku"-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti