...

"Bank Standard"ın treyderlər üçün növbəti "Super Trader" yarışmasına qeydiyyat başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2013 12:26 (UTC +04:00)
"Bank Standard" 10 günlük "Super Trader" yarışmasına start verir. Bankdan Trend-ə verilən məlumata görə, yarışa qoşulmaq istəyənlər cari ilin fevral ayının 18-dən mart ayının 3-dək http://trader.bankstandard.com/az/joinlinks/ saytına daxil olub qeydiyyatdan keçə bilərlər.
"Bank Standard"ın treyderlər üçün növbəti "Super Trader" yarışmasına qeydiyyat başlayır

Azərbaycan, Bakı, 19 fevral /Trend/

"Bank Standard" 10 günlük "Super Trader" yarışmasına start verir. Bankdan Trend-ə verilən məlumata görə, yarışa qoşulmaq istəyənlər cari ilin fevral ayının 18-dən mart ayının 3-dək http://trader.bankstandard.com/az/joinlinks/ saytına daxil olub qeydiyyatdan keçə bilərlər.

Martın 4-də startı veriləcək treyderlərin yarışması martın 14-dək davam edəcək. İştirakçılar Bank Standard Trader platforması vasitəsilə onlayn rejimdə (24/7) dünyanın 25 birjasında Forex (160-dan çox valyuta cütlüyü), Səhmlər (14.000 səhm), CFD (8400 müqavilə), Fyuçers (21 dünya birjasından 175-dən çox müqavilə növü), Opsionlar və digər derivativlər daxil olmaqla çoxlu sayda maliyyə alətləri ilə əməliyyat aparmaq imkanı əldə edəcəklər. Hər bir iştirakçı üçün açılacaq demo hesabdakı vəsaitin məbləği 100 000 USD təşkil edəcək.

"Super Trader" yeni başlayan və təcrübəli treyderlərə öz ticarət strategiyalarını yoxlamağa, bilik və bacarıqlarını artırmağa şərait yaradacaq, əməliyyatlar uğurla nəticələndikdə isə "Bank Standard"da acılacaq hesablarına pul uduşu qazanmağa imkan verəcək. Yarışmanın nəticələrinə əsasən, gəlirlərinin həcminə görə ilk 3 yeri tutan iştirakçıların hesablarına real bazarda əməliyyatlar aparmaq üçün pul uduşları köçürüləcək. Ən yüksək nəticəyə sahib olan iştirakçı 3000 USD, ikinci yeri tutan şəxs 2000 USD, üçüncü yerin sahibi isə 1000 USD məbləğində pul uduşu ilə mükafatlandırılacaq.

Qeyd edək ki, "Bank Standard"ın "Super Trader" yarışmasında iştirak pulsuz, uduşlar isə real pullardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti