...

Binali Yıldırım: "Mərmərə" layihəsinin reallaşdırılması bu ilin sonunda başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2013 12:51 (UTC +04:00)
"Mərmərə" layihəsinin reallaşdırılması bu ilin sonunda başa çatacaq. Bunu Türkiyənin nəqliyyat naziri Binali Yıldırım bildirib. Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyənin "Sabah" qəzeti xəbər yayıb.
Binali Yıldırım: "Mərmərə" layihəsinin reallaşdırılması bu ilin sonunda başa çatacaq

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir R.Hafizoğlu/

"Mərmərə" layihəsinin reallaşdırılması bu ilin sonunda başa çatacaq. Bunu Türkiyənin nəqliyyat naziri Binali Yıldırım bildirib. Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyənin "Sabah" qəzeti xəbər yayıb.

Nazirin sözlərinə görə, "Mərmərə" layihəsi ölkənin nəqliyyat sektorunun inkişafına təkan verəcək.

"Mərmərə" dəmiryol tunelinin tikintisi layihəsi inşası bu il başa çatacaq Türkiyənin ən iri layihələrindəndir. Hələ XIX əsrin ortalarından hazırlanan Bosfor boğazının altından tunelin salınması layihəsi 2004-cü il mayın 9-da "Mərmərə" adı altında start götürüb.

Layihə meqapolisin qərb və şərq hissəsini birləşdirən iki körpüdə hərəkətin işini yüngülləşdirəcək. Bundan əvvəl bildirilmişdi ki, layihə 2008-ci ildə başa çatdırılmalıdır.

"Mərmərə" sisteminin uzunluğu 76 kilometr, tunelin dərinliyi 1,4 kilometrdir. Layihə çərçivəsində üç yeni metrostansiyanın tikintisi planlaşdırılır, 37 stansiya isə yenidən qurulacaq. Layihənin dəyəri 6,5 milyard dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti