...

Yunanıstan Azərbaycan investorlarını özəlləşdirmə kampaniyasında iştiraka dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2013 19:59 (UTC +04:00)
2013-cü ilin I yarısında Afinada ticari-iqtisadi əməkdaşlıq üzrə Yunanıstan-Azərbaycan hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi gözlənilir.
Yunanıstan Azərbaycan investorlarını özəlləşdirmə kampaniyasında iştiraka dəvət edir

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir A.Axundov/

2013-cü ilin I yarısında Afinada ticari-iqtisadi əməkdaşlıq üzrə Yunanıstan-Azərbaycan hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi gözlənilir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Yunanıstan xarici işlər nazirinin birinci müavini Dimitros Kurkulas Azərbaycana səfərinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda ölkələr hökumətlərarası komissiyanın iclasının keçirilmə tarixini razılaşdırırlar.

Kurkulas deyib ki, Azərbaycana səfərinin məqsədi iqtisadi əməkdaşlığın yeni istiqamətlərinin axtarışıdır.

"Görüşlər zamanı Azərbaycan tərəfinin diqqətinə çatdırılıb ki, son 3 il ərzində Yunanıstanda müşahidə edilən böhran artıq başa çatır. 2014-cü ildə iqtisadiyyatın artımının daha müsbət göstəricilərini gözləyirik", - Kurkulas qeyd edib.

Onun sözlərinə görə, Yunanıstan öz iqtisadiyyatında Azərbaycan investisiyalarını görməkdən şaddır və Azərbaycan şirkətlərinin Yunanıstan hökumətinin keçirdiyi geniş özəlləşdirmə kampaniyasında iştirakını alqışlayır.

Kurkulasın sözlərinə görə, ölkələr arasında iqtisadi əlaqələrin inkişafı üçün davamlı normativ-hüquqi baza yaradılıb, 20 hökumətlərarası saziş, o cümlədən ikiqat vergitutmanın ləğvi haqqında saziş imzalanıb.

"Biz Azərbaycan üçün prioritet olan qeyri-neft sektorunda, xüsusilə, əzçalıq, tikinti, turizm, kənd təsərrüfatı və ərzaq sektorunda iqtisadi əlaqələrin genişləndirilməsinə yönəlmişik", - Kurkulas deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti