...

B.Britaniyanın Aİ-dən çıxması fəlakətlə nəticələnəcək – Almaniyanın maliyyə naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2013 20:27 (UTC +04:00)
Almaniyanın maliyyə naziri Volfanq Şoyble jurnalistlərə açıqlamasında bildirib ki, Böyük Britaniyanın Aİ-dən çıxması fəlakətlə nəticələnəcək.
B.Britaniyanın Aİ-dən çıxması fəlakətlə nəticələnəcək – Almaniyanın maliyyə naziri

Azərbaycan, Bakı, 9 mart /Trend/

Almaniyanın maliyyə naziri Volfanq Şoyble jurnalistlərə açıqlamasında bildirib ki, Böyük Britaniyanın Aİ-dən çıxması fəlakətlə nəticələnəcək. Trend-in RBK-ya istinadən verdiyi məlumatda bildirilir ki, Londonun Avropanın gələcəyilə bağlı skeptik yanaşma sərgiləməsinin əsas səbəblərindən biri Brüsselin banklardakı top-menecerlərin əlavə əmək haqlarından azad edilməsi haqqında təşəbbüslə çıxış etməsidir. Məhz, bu təşəbbüs 2014-cü ildə qanun şəklinə çevrilə və nəticədə Birləşmiş Krallıq dünyanın maliyyə mərkəzlərindən birini kimi statusunu itirmək təhlükəsilə qarşılaşa bilər.

"Mən ümid edirəm ki, Böyük Britaniya Avropa İttifaqı üçün əlverişli olana anlayışla yanaşacaq. Almaniya Avropanı Britaniyasız görənləri də dəstəkləmir. Bunu indoneziyalılara necə başa salmaq olar: dinamik şəkildə inkişaf edən Avropa dünya güclərindən biri Böyük Britaniyanı tərkbində saxlaya bilmir. Hətta, reputasiyanın itirilməsi belə fəlakətdir" - deyə siyasətçi bildirib.

Bununla yanaşı, Şoyble əlavə edib ki, təklif olunan islahatlar heç bir halda yumşaldılmayacaq.

Xəbər lenti

Xəbər lenti