...

Azərbaycan aqrar sektorun inkişaf prioriteti kimi qida təhlükəsizliyinə keçidi seçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2013 16:24 (UTC +04:00)
Aqrar sənaye parklarının yaradılması, kənd təsərrüfatı məhsulları üzrə rayonların ixtisaslaşdırılması, kənd təsərrüfatı məhsullarının istehsalı prosesində informasiya texnologiyalarının tətbiqi Azərbaycanda aqrar sektorun inkişafı üzrə dövlət siyasətinin prioritet istiqamətləridir.
Azərbaycan aqrar sektorun inkişaf prioriteti kimi qida təhlükəsizliyinə keçidi seçib

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir A.Axundov/

Aqrar sənaye parklarının yaradılması, kənd təsərrüfatı məhsulları üzrə rayonların ixtisaslaşdırılması, kənd təsərrüfatı məhsullarının istehsalı prosesində informasiya texnologiyalarının tətbiqi Azərbaycanda aqrar sektorun inkişafı üzrə dövlət siyasətinin prioritet istiqamətləridir.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov "Heydər Əliyev 90: İqtisadi modernləşmə" konfransında çıxışında deyib.

Əmiraslanov prioritet istiqamətlər sırasında torpaqların suvarma şəraitinin yaxşılaşdırılması, kəndlərin inkişafı, kənd təsərrüfatı infrastrukturuna dəstək və inkişaf, aqrar idarəçilyin təkmilləşdirilməsini qeyd edib.

"Bundan başqa, prioritetlər ərzaq təhlükəsizliyindən qida təhlükəsizliyinə keçid, məhsuldarlığın artırılması, texniki və texnoloji yenilənmə, kənd təsərrüfatları məhsullarının artımı və şaxələndirilməsi, dövlət dəstəyinin səmərəli təşkili, subsidiyalaşdırma mexanizminin təkmilləşdirilməsi, iri təsərrüfatların inkişafı, kiçik təsərrüfatlara dəstəyin davam etdirilməsi, gəlirli sahələrin inkişafıdır", - Əmiraslanov deyib.

Onun sözlərinə görə, aqrar sahənin ölkə üçün belə vacib olmasının səbəbləri kənd təsərrüfatının ölkə iqtisadiyyatının davamlı və sabit inkişafında vacib rolu, onun iqtisadiyyat üçün multiplikativ effekti, iqtisadiyyatın şaxələndirilməsində və ərzaq təhlükəsizliyinin təminatında rolu, regionların və kəndlərin inkişafı, yoxsulluq və işsizliyin səviyyəsinin azaldılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti