...

“Bank of Baku” Bolkart sahibləri üçün nağd pul kampaniyasına start verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2013 12:51 (UTC +04:00)
Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar “Bank of Baku” Bolkart istifadəçiləri üçün nağd pul kampaniyasına start verir.
“Bank of Baku” Bolkart sahibləri üçün nağd pul kampaniyasına start verir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 mart /Trend/

Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar "Bank of Baku" Bolkart istifadəçiləri üçün nağd pul kampaniyasına start verir. Bu barədə Trend-ə, cümə axşamı bankdan daxil olan məlumatda bildirlir.

Bank tərəfindən yayılan məlumatda bildirlir ki, 14-28 mart 2013-cü il tarixləri arasında kartdan pul çıxaran Bolkart sahibləri mayın 10-dək faizsiz ödəniş imkanı qazanır. Kart sahibəri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər. Nağdlaşdırmanın komissiya haqqı 3%-dir. Beləliklə, indi hər Bolkart sahibi Novruz bayramı planları üçün nağd pul imkanı əldə edir.

Xatırladaq ki, Bolkart kredit kartı alınan malın dəyərini 1,3,6 və 12 aya bölüb hissə-hissə ödəməyə imkan verir. Bolkartı qısa müddət ərzində artıq 70. 000-dən çox şəxs əldə edib və bu rəqəm sürətlə artır. Bu gün Bolkartla ölkəmizin 600-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür.

Bolkartı həm onlayn rejimdə - http://www.bolkart.az , həm də "Bank of Baku"-nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün "Bank of Baku"-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti