...

Azərbaycanın qeyri-neft sektoru yanvar-fevralda vergi yığımlarının təqribən yarısını təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2013 19:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend/

2013-cü ilin yanvar-fevral aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 milyard 119 milyon 485,9 min manat təşkil edib.

Trend-in bazar ertəsi Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məbləğin 41,3 faizi mənfəət vergisinin, 24 faizi əlavə dəyər vergisinin, 11,4 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,8 faizi aksizlərin, 15,5 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 554 milyon 119,9 min manat vəsait daxil olub.

Yanvar-fevral aylarında respublika üzrə 16 min 203 vergi ödəyicisi qeydiyyata alınıb. 2011-ci ilin iyul ayının 1-dən cari ilin mart ayının 1-dək 66 min 85 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib. 1 mart 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 496 min 128 olub.

2013-cü ilin yanvar-fervral ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,7 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti