...

Kipr böhranın nəticələrinə həsr olunan MDB maliyyə nazirlərinin görüşü iyunda baş tutacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2013 14:39 (UTC +04:00)
MDB ölkələrinin maliyyə nazirləri Minskdə iyunda keçiriləcək görüşdə Birliyin maliyyə sistemi üçün Kipr böhranının nəticələrini müzakirə edəcəklər.
Kipr böhranın nəticələrinə həsr olunan MDB maliyyə nazirlərinin görüşü iyunda baş tutacaq

Azərbaycan, Bakı, 28 mart /Trend/

MDB ölkələrinin maliyyə nazirləri Minskdə iyunda keçiriləcək görüşdə Birliyin maliyyə sistemi üçün Kipr böhranının nəticələrini müzakirə edəcəklər. Trend-in məlumatınba görə, bu barədə cümə axşamı jurnalistlərə açlqlamasında MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib.

"Kiprdə baş verən hadisələr və Kipr banklarının böhranı MDB ölkələrinə də toxunur. Sirr deyil ki, MDB ölkələrindən olan fiziki və hüquqi şəxslərin vəsaitlərinin bir hissəsi Kipr banklarında saxlanılır və biz bu böhranın necə həll olunmasına laqeyd qala bilmərik", - o bildirib.

O qeyd edib ki, müzakirələrin sonunda "Kipr hadisələrinin Birlik ölkələrinə olan təsirini azaltmaq üçün birgə addımların atılması yolunda qərarlar qəbul olunacaq". Onun sözlərinə görə, son illərdə MDB ölkələrində böhran vəziyyətlərinin yaranması zamanı qarşılıqlı addımların atılmasının müəyyən təcrübəsi toplanıb.

"Ölkələrin bu addımı atmasına 2008-ci ildə baş verən böhran səbəb olub",- o qeyd edib və məhz hökümət başçılarının təşəbbüsü ilə Birlik ölkələrinə böhranının təsirini azaltmaq məqsədilə maliyyə nazirlərinin daimi müşavirəsinin yaradıldığını bildirib.

"Biz bu böhranın öhdəsindən müvəffəqiyyətlə gəldik və indi MDB ölkələrinin iqtisadiyatında pozitiv tendensiyalar müşahidə olunur", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti