...

Azərbaycanın birja valyuta bazarı 47 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2013 15:50 (UTC +04:00)
2013-cü il mart аyının yеkunlаrınа görə, Bаkı Bаnklаrаrаsı Vаlyutа Birjаsının (BBVB) vаlyutа bölməsində USD/AZN_TOD aləti üzrə kеçirilən hərrаclаrda 10 bаnk iştirаk еdib.
Azərbaycanın birja valyuta bazarı 47 faiz artıb

Azərbaycan, Bakı, 9 aprel /Trend/

2013-cü il mart аyının yеkunlаrınа görə, Bаkı Bаnklаrаrаsı Vаlyutа Birjаsının (BBVB) vаlyutа bölməsində USD/AZN_TOD aləti üzrə kеçirilən hərrаclаrda 10 bаnk iştirаk еdib.

Birjadan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Birja Elektron Ticarət Sistemində (BEST) hesabat ayında 30 ticarət sessiyası keçirilib və 24 əqd qeydə alınıb. Hərracların həcmi 27,048 milyon manat, yaxud dollar ekvivalentində 34,465 milyon təşkil edib.

Hesabat ayında valyuta seksiyasında USD/AZN üzrə hərracların ümumi həcmi 47,439 milyon manat, yaxud dollar ekvivalentində 60,465 milyon təşkil edib.

Həmçinin, Swap_USD/AZN_TOD_1Week aləti üzrə dövriyyə 20,391 milyon manat və ya dollar ekvivalentində 26 milyon təşkil edib. Qeyd edək ki, bu alət üzrə dolların manata görə orta ölçülmüş məzənnəsi 0,7848 manat təşkil edib.

Cari ilin fevral ayı ilə müqayisədə valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 15,054 mln. manat və yaxud 47% artıb.

Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 4,031 milyon dollara çatıb, halbuki hər əqdin orta həcmi 2,519 milyon dollar təşkil edib.

Qеyd еdək ki, hеsаbаt аyındа birjаdа Аzərbаycаn mаnаtının USD/AZN_TOD aləti üzrə АBŞ dоllаrınа qаrşı məzənnəsi 0,01% qalxıb - hər USD-ə görə 0,7837-dən 0,7836 AZN-ə qədər. Milli vаlyutаnın АBŞ dоllаrınа nisbi оrtаölçülü birjа məzənnəsi mart аyındа 0,7848 АZN-ə bərаbər оlub.

2013-cü ilin mart ayının nəticələrinə əsasən, BEST sistemi çərçivəsində fəaliyyət göstərən Mütəşəkkil Banklararası Kredit Bazarında (MBKB) hərracların ümumi həcmi manat ekvivalentində 2 milyon təşkil edib.

BEST sistemində fəaliyyət göstərən MBKB-də market-meyker statusu alan banklar tərəfindən cari ilin mart ayında 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 11,21%, ABŞ dolları üzrə isə 11,84% təşkil edib. BakİBİD tarifi 90 günlük müddətdə manatla illik 5,65% və ABŞ dolları ilə 5,22% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti