...

"PraysvoterhausKupers" Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatlarının auditini keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2013 18:11 (UTC +04:00)
“PraysvoterhausKupers” beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2012-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilib.
"PraysvoterhausKupers" Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatlarının auditini keçirib

Azərbaycan, Bakı, 2 may /Trend/

"PraysvoterhausKupers" beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2012-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.

"PraysvoterhausKupers" beynəlxalq audit şirkəti tərəfindən verilmiş rəyə əsasən, Sahibkarlığa Kömək Milli Fondunun 2012-ci il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti