...

AYİB 2013-cü ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyini gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2013 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir A.Bədəlova/

Avropa Yenidənqurma və İnkişaf bankı (AYİB) 2013-cü ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyini gözləyir. Trend-in məlumatına görə, bu barədə bankın regional iqtisadi perspektivlər üzrə hesabatında bildirilir.

Dünya maliyyə böhranının öhdəsindən uğurla gəldikdən sonra Azərbaycanın iqtisadi artım templəri neft hasilatı həcminin azalması nəticəsində yavaşıyıb.

Buna baxmayaraq, hesabatda qeyd olunur ki, neft hasilatının azalması, əsasən tikinti və xidmət sahəsi olmaqla ölkənin qeyri-neft sektorunun davamlı artımı hesabına kompensasiya edilib.

"Azərbaycanda neft sektorunun bir qədər bərpası və qeyri-neft sektorunun sonrakı inkişafı ölkə iqtisadiyyatının artım templərinin sürətlənməsinə gətirib çıxaracaq", - AYİB-in hesabatında bildirilir.

Bankın qiymətləndirməsinə görə, gözlənilməyən makroiqtisadi risklərin yumşaldılması güclü fiskal mövqe, o cümlədən neft sektorundan gələn gəlirlər hesabına davam edir.

AYİB-in yenilənən proqnozlarına görə, Azərbaycan ÜDM-in artımı 2012-ci ildə qeydə alınan 2,2 faizə nisbətdə 2013-cü ildə 3,5 faiz təşkil edəcək. 2014-cü ildə isə bank ÜDM-in artımını 4 faiz səviyyəsində gözləyir.

Bank ölkədə inflyasiyanın 2012-ci ildə qeydə alınan 0,7 faizə nisbətdə 2013-cü ildə 3,4 faiz səviyyəsində olacağını proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti