...

Azərbaycanın investisiya imkanları Braziliyanın nümayəndə heyətinə təqdim edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2013 14:47 (UTC +04:00)
Mayın 21-də Braziliyanın Xarici İşlər Nazirliyinin əməkdaşlıq, mədəniyyət və ticarətin təbliği üzrə Baş katibinin müavini Hadil da Roşa Viannanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) işgüzar görüş keçirilib.
Azərbaycanın investisiya imkanları Braziliyanın nümayəndə heyətinə təqdim edilib

Azərbaycan, Bakı, 22 may /Trend/

Mayın 21-də Braziliyanın Xarici İşlər Nazirliyinin əməkdaşlıq, mədəniyyət və ticarətin təbliği üzrə Baş katibinin müavini Hadil da Roşa Viannanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) işgüzar görüş keçirilib. Bu barədə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyindən çərşənbə günü daxil olan məlumatda deyilir.

Tədbirdə İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, ölkəmizin iştirakçısı olduğu irimiqyaslı regional layihələr haqqında məlumat vermişdir. Azərbaycan və Braziliya arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edən nazir müavini ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulamışdır.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Braziliyanın Xarici İşlər Nazirliyinin əməkdaşlıq, mədəniyyət və ticarətin təbliği üzrə Baş katibinin müavini Hadil da Roşa Vianna dostluq zəminində qurulan Azərbaycan-Braziliya münasibətlərinin inkişaf etdiyini qeyd etmiş, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirmişdir. Hadil da Roşa Vianna Braziliya və Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu da qeyd etmişdir.

İşgüzar görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov qurumun fəaliyyəti barədə məlumat vermiş və AZPROMO tərəfindən Braziliyalı iş adamlarına ölkəmizdə biznes fəaliyyətinin təşkili sahəsində müvafiq dəstəyin göstəriləcəyini bildirmişdir.
Tədbirdə həmçinin, infrastruktur, qida sənayesi və aviasiya sahəsində fəaliyyət göstərən Braziliya şirkətlərinin nümayəndələri təqdimatlarla çıxış etmiş, Azərbaycanın investisiya imkanlarına dair müzakirələr aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti