...

Şahin Mustafayev: Azərbaycan, Gürcüstan və Türkiyə BTQ-yə yüklərin cəlb edilməsi üzərində işləməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2013 12:46 (UTC +04:00)

Azərbaycan, Qəbələ, 25 may /Trend, müxbir A.Axundov/

Azərbaycan, Gürcüstan və Türkiyə tikilməkdə olan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu üzrə nəql üçün yüklərin cəlb edilməsi üzərində işləməlidir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev şənbə günü Qəbələdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli biznes forumunda çıxışı zamanı bildirib.

Mustafayev qeyd edib: "Biz gələcəkdə BTQ dəmiryolunun təmin olunmasını gücləndirməli, mümkün qədər böyük həcmdə yüklərin cəlb edilməsi üzərində işləməliyik. Bu gün güclü rəqabət müşahidə olunur, ona görə də biz bu tranzit dəhlizinin rolunu gücləndirməliyik. BTQ-nin işə salınması Asiyadan Avropaya yüklərin daşınması üçün çox sərfəli şərait yaradacaq".

Onun sözlərinə görə, üç ölkənin münasibətləri böyük potensiala malikdir və tranzit imkanları bu potensialı əhəmiyyətli dərəcədə artırır.

Nazir bildirib ki, layihə çərçivəsində işlər yaxşı və qrafik üzrə gedir: "Dəmiryol planlaşdırılmış vaxtda istismara veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti