...

Milli Məclis 2012-ci il dövlət büdcəsinin icrası barədə qanun qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2013 13:58 (UTC +04:00)
Milli Məclis 2012-ci il dövlət büdcəsinin icrası barədə qanun qəbul edib.
Milli Məclis 2012-ci il dövlət büdcəsinin icrası barədə qanun qəbul edib

Azərbaycan, Bakı, 31 may/Trend, müxbir A. Axundov/

Milli Məclis 2012-ci il dövlət büdcəsinin icrası barədə qanun qəbul edib. Trend-in məlumatına görə, parlamentdə çıxış edən maliyyə naziri Samir Şərifovun sözlərinə görə, ötən il dövlət büdcəsinin gəlirləri 17,282 milyard manat təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 1,581 milyard manat və ya 10,1 faiz çoxdur. Büdcənin gəlir hissəsi 101,4 faiz yerinə yetirilib:

"2012-ci ildə dövlət büdcəsinin icrası çərçivəsində nəzərdə tutulmuş layihələrin sabit maliyyələşdirilməsi yerinə yetirilib, xüsusilə vətəndaşların sosial vəziyyətlərininin - pensiya, əməkhaqqı, müavinət və digərlərinin maliyyələşdirilməsi həyata keçirilib".

Şərifov, həmçinin deyib ki, dövlət büdcəsinin xərcləri proqnozdan 98,6 faiz və ya 17,417 milyard manat icra edilib ki, bu da 2011-ci ilin göstəricisindən 2,019 milyard manat (və ya 13,1 faiz) çoxdur: "Büdcənin xərclərinin 53,3 faizi (9,278 milyard manat) cari xərclərə, 45,5 faizi (7,926 milyard manat) əsas xərclərə, 212 milyon manatı isə (bütün büdcə xərclərinin 1,2 faizi) dövlət borcuna xidmət göstərilməsinə ayrılıb".

Şərifov qeyd edib ki, 2012-ci il büdcəsinin kəsirinin 638 milyon manat səviyyəsində proqnozlaşdırılmasına baxmayaraq, qənaət və büdcə kəsirinin maliyyələşdirmə mənbələrinin natamam istifadəsi 135 milyon manat həcmində kəsirin formalaşmasına gətirib çıxarıb.

Onun sözlərinə görə, 2013-cü il yanvarın 1-nə olan vəziyyətə görə, dövlət büdcəsinin vahid xəzinə hesabında qalıq 465 milyon manat olub. Bu vəsaiti 2013-cü il büdcəsinin mümkün kəsirinə, həmçinin dövlət borcuna xidmət göstərilməsinə xərcləmək planlaşdırılır.

Hesablama Palatasının sədri Heydər Əsədovun sözlərinə görə, ötən il neft hasilatının azalmasına rəğmən, büdcənin belə yüksək parametrlərinin qorunması ölkə iqtisadiyyatının sabitliyindən xəbər verir.

Əsədov deyib ki, məxaric hissənin yerinə yetirilmə səviyyəsinin 98 faiz olması çox yüksək göstəricidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti