...

Azərbaycan sahibkarları Xorvatiyada həyata keçirilən layihədə iştiraka dəvət olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2013 18:47 (UTC +04:00)
Azərbaycan sahibkarları Xorvatiyanın əsas sənaye şəhərlərindən biri olan Sisak şəhərində həyata keçirilən "Iodine Water Spa Siscia" layihəsində iştirak etməyə dəvət olunurlar.
Azərbaycan sahibkarları Xorvatiyada həyata keçirilən layihədə iştiraka dəvət olunur

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Azərbaycan sahibkarları Xorvatiyanın əsas sənaye şəhərlərindən biri olan Sisak şəhərində həyata keçirilən "Iodine Water Spa Siscia" layihəsində iştirak etməyə dəvət olunurlar. Bu barədə Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir.

"Iodine Water Spa Siscia" - yodlu termal sulardan tibbi, farmakoloji, elmi və idman məqsədləri üçün istifadəsini nəzərdə tutan 41,8 milyon avro dəyərində layihədir. Layihə spa, sağlamlıq mərkəzi, mehmanxana, elmi və texnoloji park, beynəlxalq paralimpiya idman mərkəzi və s. yaradılmasını nəzərdə tutur.

Azərbaycanda yod çatışmazlığından irəli gələn qalxanvari vəzi xəstəliklərinin geniş olmasını nəzərə alaraq, layihə Azərbaycan üçün xüsusi maraq kəsb edə bilər.

Marağı olan şəxslər əlavə məlumat üçün Azərbaycanın Xorvatiyadakı səfirliyinə mütraciət edə bilərlər:

Ünvan: Srebrnjak 104, Zaqreb 10 000
Tel.: 00 385 1 643 89 00
Fax: 00 385 1 643 89 29
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti