...

"Unibank"da nağdsız ödənişlər tarixi maksimuma çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2013 20:06 (UTC +04:00)
"Unibank"da nağdsız ödənişlər tarixi maksimuma çatıb. Nağdsız ödənişlər üzrə Mərkəzi Bankın aylıq hesabatında "Unibank" KB ASC 1-ci yerdədir.
"Unibank"da nağdsız ödənişlər tarixi maksimuma çatıb

Azərbaycan, Bakı, 10 iyun /Trend/

"Unibank"da nağdsız ödənişlər tarixi maksimuma çatıb. Nağdsız ödənişlər üzrə Mərkəzi Bankın aylıq hesabatında "Unibank" KB ASC 1-ci yerdədir. Bu barədə bankdan Trend-ə daxil olan məlumatda bildirilir.

Sonuncu hesabata əsasən, ay ərzində ölkə bankları içərisində ən çox ödəniş "Unibank"ın POS-terminallarında və bankomatlarında aparılıb. Ay ərzində aparılan 87 087 nağdsız ödənişlərdən 86 mindən çoxu POS-terminalların, 1000-dən artığı isə bankomatların payına düşür. Hesabat ayına olan məlumata görə, "Unibank"dan alınan kartların sayı 126 min 456-ya çatıb.

"Unibank" nağdsız ödənişlərin həcminin artırılması üçün müxtəlif tədbirlər həyata keçirir. Artıq bankın müştəriləri filiallara gəlmədən unibank.az və hesab.az saytları, Milli Ön ödəniş terminalları, "İnfoUnibank" mobil əlavəsinə malik iPhone və "Android" platformasında olan smartfon və planşetlər vasitəsi ilə, "Unibank"ın ATM və Cash-in aparatlarının köməyi ilə növbəsiz, vaxt itkisi olmadan öz kreditlərini ödəyə bilər.

"Unibank"ın çox-çox sərfəli Albalı kartı ölkədə nağdsız ödənişlərin sayının çoxalmasına öz töhvəsini verir. 700-dən artıq partnyor-mağazada Albalı sahibləri aldıqları malın və göstərilən xidmətin dəyərini, hissə-hissə ödəmək imkanı qazanıblar.

"Unibank"ın məhsul və xidmətləri haqda daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından (www.unibank.az) və yaxud bankın facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti