...

Azərbaycanda "Gömrük tarifi haqqında" yeni qanun layihəsi qəbul olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2013 14:24 (UTC +04:00)
Azərbaycan Milli Məclisi cümə axşamı "Gömrük tarifi haqqında" yeni qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Azərbaycanda "Gömrük tarifi haqqında" yeni qanun layihəsi qəbul olunub

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbirlər A.Axundov, M.Əliyev/

Azərbaycan Milli Məclisi cümə axşamı "Gömrük tarifi haqqında" yeni qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Qanun layihəsi gömrük tarifinin formalaşdırılması, tətbiqi, həmçinin gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən edir.

Sənəd 5 fəsil, 23 maddədən ibarətdir. Sənədin qəbul olunmasının əsas məqsədləri idxalın əmtəə strukturunu tənzimləmək, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək, ölkə iqtisadiyyatını xarici rəqabətin mənfi təsirlərindən qorumaq, dünya iqtisadiyyatına interqrasiyasına şərait yaratmaqdan ibarətdir. Sənəddə göstərilir ki, ixracat və idxalatın operativ tənzimlənməsi məqsədi ilə müəyyən hallarda mövsümi rüsumlar tətbiq oluna bilər.

Mövsümi rüsumların tətbiqi isə 6 aydan çox ola bilməz.

Sənəddə malın gömrük dəyərinin bəyan edilməsi, məlumatın məxfiliyinin qorunması, bəyannaməçinin hüquq və vəzifələri, gömrük orqanının hüquq və vəzifələri, malların sövdələşmə qiyməti üsulları, gömrük rüsumlarından azadolma və tarif güzəştləri də öz əksini tapır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti