...

Taner Yıldız: Etiraz aksiyaları Türkiyənin iqtisadi artımına qarşı yönəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2013 13:25 (UTC +04:00)
Etiraz aksiyaları Türkiyənin iqtisadi artımına qarşı yönəlib. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız bildirib.
Taner Yıldız: Etiraz aksiyaları Türkiyənin iqtisadi artımına qarşı yönəlib

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir R.Hafizoğlu/

Etiraz aksiyaları Türkiyənin iqtisadi artımına qarşı yönəlib. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız bildirib.

Nazirin sözlərinə görə, son iqtisadi islahatlar göstərir ki, heç də hamı Türkiyədən razı deyil.

O, həmçinin qeyd edib ki, baş verən hadisələrə baxmayaraq, Türkiyə gələcəkdə də öz iqtisadiyyatını inkişaf etdirəcək.

Yıldız bildirib ki, hazırda Türkiyənin həyata keçirdiyi iqtisadi layihələr ölkənin gələcəyinə yönəldilib: "Türkiyənin inkişaf strategiyası var və ölkə qarşıya qoyulmuş hədəfə doğru gedəcək".

Türkiyədə 20 gündən artıqdır ki, etiraz aksiyaları davam edir. Hökumət nümayəndələrinin sözlərinə görə, aksiyalar artıq antihökumət xarakteri daşıyır.

Türkiyənin müxtəlif şəhərlərində hökumətə dəstək aksiyaları da keçirilir. Türkiyə KİV-in məlumatına görə, mitinqlərdə hökumətin 100 mindən çox tərəfdarı iştirak edir.

Ötən gün Ankarada keçirilən etiraz aksiyaları zamanı 100 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti