...

Azərbaycan gömrüyündə tərkibində pirat məhsullar olan malların buraxılışı dayandırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2013 15:53 (UTC +04:00)
Nazirlər Kabineti "Azərbaycan Respublikasının gömrük sərhədindən tərkibində əqli mülkiyyət obyektləri olan malların keçirilməsi zamanı gömrük nəzarətinin aparılması Qaydaları"nı təsdiq edib.
Azərbaycan gömrüyündə tərkibində pirat məhsullar olan malların buraxılışı dayandırılacaq

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir E.Əliyev/

Nazirlər Kabineti "Azərbaycan Respublikasının gömrük sərhədindən tərkibində əqli mülkiyyət obyektləri olan malların keçirilməsi zamanı gömrük nəzarətinin aparılması Qaydaları"nı təsdiq edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Nazirlər Kabinetinin rəsmi mətbuatda dərc edilən qərarında deyilir.

Qərarda bildirilir: "Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestri"nə daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı onların pirat və kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 10 iş günü müddətində dayandırılır".

Buraxılışı dayandırılmış mallar barədə gömrük bəyannaməsinin əsas və ya əlavə vərəqinin nəzarət qrafasında "buraxılışı dayandırılmışdır" qeydiyyatı aparılır.

Ərizəçinin əsaslandırılmış müraciəti olduqda, göstərilən müddət daha 10 iş gününədək uzadılır.

Gömrük orqanı tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması barədə qəbul etdiyi qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə ərizəçiyə və bəyannaməçiyə dərhal yazılı bildiriş göndərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti