Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.Əliyev/
Ötən gün Hesablama Palatasınıln Kollegiya iclasında Azərbaycan Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergi İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinə dair Audit proqramı da təsdiq edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı palatının saytında yerləşdirilən məlumatda bildirilir.
Bundan əlavə kollegiya "Azəryolservis" ASC üzrə Saatlı-Musalı-Məzrəli avtomobil yolunda Araz çayı üzərində yerləşən qəzalı vəziyyətdə olan metal körpünün yenidən qurulmasına, Siyəzən və Qusar Yol İstismar idarələrinə ayrılan vəsaitlərin istifadə vəziyyəti, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin gəlir və xərclərinin icrası, Azərbaycan Prezidentinin Ehtiyat Fondundan ayrılan vəsaitlərin istifadə vəziyyəti üzrə auditlərin nəticələri və başqa məsələlər müzakirə edilib.