...

"Unibank" kredit ödənişi imkanlarını genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2013 17:22 (UTC +04:00)
Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, artıq ABŞ dolları ilə götürülən kreditlər üçün bankın Cash-in-lərində, onlayn vasitəsilə, eləcə də MilliÖn ödəniş terminallarında ödəniş zamanı müştərilərdən mübadilə haqqı tutulmur. Qeyd edək ki, indiyədək manatdan başqa valyutalarda olan kreditlərin manatla ödənişi zamanı, mübadilə haqqı olaraq, vəsaitin 0,5%-i tutulurdu.
"Unibank" kredit ödənişi imkanlarını genişləndirib

Azərbaycan, Bakı, 10 iyul /Trend/

"Unibank" müştəriləri üçün daha bir yenilik edib.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, artıq ABŞ dolları ilə götürülən kreditlər üçün bankın Cash-in-lərində, onlayn vasitəsilə, eləcə də MilliÖn ödəniş terminallarında ödəniş zamanı müştərilərdən mübadilə haqqı tutulmur. Qeyd edək ki, indiyədək manatdan başqa valyutalarda olan kreditlərin manatla ödənişi zamanı, mübadilə haqqı olaraq, vəsaitin 0,5%-i tutulurdu.

"Unibank" öz müştəriləri üçün kredit ödənişi zamanı çox geniş imkanlar yaradıb. Unibank müştəriləri öz kreditlərini bank filiallarına gəlmədən də onlayn, www.unibank.az və www.hesab.az saytlarında, bankomatlardan, mobil əlavələrin köməyi ilə, MilliÖn ödəmə terminallarından, bankın cash-in aparatlarından və Azərpoçtun çoxsaylı şöbələrindən ödəyə bilərlər. Poçt şöbələrində ödəniş üçün komissiya haqqı ödənilən vəsaitin 1%-i həcmindədir.

"Unibank"a olan kredit ödənişlərini 1000-dən artıq MilliÖn ödəniş terminallarında da ödəmək mümkündür. İstənilən bankın plastik kartına sahib olan müştəri, kartını Unibankın 70-dən artıq ATM-də qeydiyyata daxil edərək, heç bir əlavə ödəniş etmədən, "Unibank"da olan kredit ödənişlərini həyata keçirə bilir.

iPhone və "Android" platformasında olan smartfon və planşet sahibləri də kreditlərini banka gəlmədən, istədikləri yerdə ödəyə bilirlər. Bunun üçün "İnfoUnibank" mobil əlavəsini telefona yükləmək kifayətdir.

Unibankın Cash-in aparatları da hər kəsə vaxt itkisi olmadan kreditlərini ödəmək imkanı verir.

Qeyd edək ki, iyunun 24-dən avqustun 31-dək davam edən "Kreditinizi ödəyin və qazanın" adlı tirajlı stimullaşdırıcı lotereya çərçivəsində, Unibanka olan kredit ödənişlərini ölkə üzrə Azərpoçt filiallarından, Milli Ön paypointlərindən və Online formada (unibank.az və hesab.az saytlarında) həyata keçirən müştərilər, pul uduşları qazanmaq şansı əldə edəcəklər. Lotereyanın şərtləri bu müddətdə "Unibank" filiallarında və bankın Cash-in-lərində aparılan kredit ödənişlərinə şamil edilmir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (http://www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti