...

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda yoxsulluğun yüksək templərlə azaldığını qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2013 20:45 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda yoxsulluğun yüksək templərlə azaldığını qeyd edir.
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda yoxsulluğun yüksək templərlə azaldığını qeyd edir

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir E.Əliyev/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda yoxsulluğun yüksək templərlə azaldığını qeyd edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda AYİB prezidenti Suma Çakrabarti regiona ilk səfəri çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı ciddi keçid prosesini yaşayıb, nəticədə ölkədə yoxsulluğun səviyyəsi xeyli azalıb: "Yoxsulluğun səviyyəsi 2001-ci ildəki 50 faizdən hazırdakı 6 faizədək enib".

Bank prezidenti qeyd edib ki, yoxsulluğun səviyyəsinin belə templə azalması bəşəriyyət tarixində nadir nümunələrdən biridir: "Mən bu münasibətlə Azərbaycan xalqını və rəhbərliyini təbrik edirəm".

S.Çakrabarti son 10 ildə Azərbaycanın əldə etdiyi iqtisadi uğurları xüsusilə vurğulayıb: "AYİB Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorundakı iri investorlardan biri kimi fəxr edir ki, ölkədə yoxsulluğun səviyyəsinin azaldılması proseslərində müəyyən rol oynayıb".

O bildirib ki, son 20 ildə Azərbaycanda AYİB-in iştirakı ilə layihələrə 6,7 milyard avro qoyulub, bu həcmdən 1,6 milyardı bankın öz vəsaitidir".

Bank prezidenti deyib: "Ötən il bizim üçün çox uğurlu olub, belə ki, ümumi dəyəri 90 milyon avro olan 16 layihə maliyyələşdirilib. Bütün bu layihələr özəl sektora aiddir. Biz Azərbaycana, iqtisadiyyatın şaxələndirilməsi sahəsi daxil olmaqla, hərtərəfli dəstək verməyə çalışırıq. Və artıq bu öz nəticəsini verir. Ötən il qeyri-neft sektorunun artım tempi təqribən 10 faiz təşkil edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti