Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir E.Əliyev/
Asiya İnkişaf Bankı (AİB) "AccessBank"a irihəcmli kredit təqdim etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə AİB-in yaydığı məlumatda deyilir.
Məlumata görə, 50 milyon dollar həcmində kredit bankın ölkənin bölgələrində mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsi sahəsində fəallığının dəstəklənməsinə ayrılacaq.
AİB-in məlumatında deyilir: "AİB-in ayırdığı resurslar Azərbaycanın regionlarının və ümumilikdə qeyri-neft sektorunun şaxələndirilməsini dəstəkləyəcək. Yerlərdəki müntəzəm nəzarət və "Accesbank"ın menecmenti ilə dialoq sayəsində AİB bankın korporativ idarəetmənin yüksək standartlarının, habelə sosial, ekoloji və digər standartların tətbiqi və risklərin idarə edilməsinin genişləndirilməsi üzrə səylərini dəstəkləyəcək".