...

AZAL Pekinə birbaşa uçuşlara başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2013 13:37 (UTC +04:00)
9 avqust 2013-cü il tarixindən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) öz uçuş coğrafiyasını genişləndirmək məqsədilə Bakı-Pekin-Bakı istiqamətində birbaşa, uzunməsafəli aviareyslərin həyata keçirməsinə başlayır.
AZAL Pekinə birbaşa uçuşlara başlayır

Azərbaycan, Bakı, 24 iyul /Trend/

9 avqust 2013-cü il tarixindən etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) öz uçuş coğrafiyasını genişləndirmək məqsədilə Bakı-Pekin-Bakı istiqamətində birbaşa, uzunməsafəli aviareyslərin həyata keçirməsinə başlayır.

QSC-dən Trend-ə verilən məlumata görə, əvvəllər açılışı may ayında nəzərdə tutulan bu reys Çin tərəfinin aviaşirkətlər qarşısında qoyduğu yeni tələblərlə əlaqədar, müvəqqəti olaraq təxirə salınmışdı.

Uçuşlar müasir və komfortlu "Airbus A-340" və "Boeing 767" tipli təyyarələrlə, həftədə iki dəfə, aşağıdakı qrafik üzrə yerinə yetiriləcək:

Bakı - Pekin, həftənin ikinci və beşinci günləri,
Bakıdan uçuş - 15.15, Pekinə eniş - 01.15+ (növbəti gün)
Pekin - Bakı, həftənin üçüncü və altıncı günləri,
Pekindən uçuş - 05.45, Bakıya eniş - 10.45 (Saatlar yerli vaxtlarla göstərilir)

Bakı-Pekin-Bakı istiqamətindəki ekonom sinifli aviabiletlərin minimal qiyməti 473 avro təşkil edir (yığımlar və rüsumlar daxildir).

Həmçinin, "Azərbaycan Hava Yolları" QSC Çinin əməkdaş aviaşirkətləri ilə birgə öz sərnişinlərinə Pekindən Çinin digər şəhərlərinə (Quanjou, Şanxay, Şenjen, Xanjou, Jenqjou, Ksian (Sian), Çenqdu və s.), eləcə də Şərqi və Cənub-Şərqi Asiya ölkələrinin hava limanlarına uçuşlar üçün xüsusi tariflər təqdim edəcək.

Birinci reysin sərnişinlərini çox maraqlı hədiyyələr gözləyir.

Ətraflı məlumat üçün:
Tel: +994 598 88 80 | *8880
Email: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti