...

www.icazeler.gov.az portalının xidmətlərindən iyul ayında 17 mindən çox istifadəçi yararlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2013 13:12 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi tərəfindən icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış www.icazeler.gov.az portalını iyul ayında 17300-dən çox internet istifadəçisi ziyarət edib.
www.icazeler.gov.az portalının xidmətlərindən iyul ayında 17 mindən çox istifadəçi yararlanıb

Azərbaycan, Bakı, 19 avqust / Trend müxbir H.Vəliyev/

İqtisadi İnkişaf Nazirliyi tərəfindən icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış www.icazeler.gov.az portalını iyul ayında 17300-dən çox internet istifadəçisi ziyarət edib.

Nazirlikdən Trend-ə daxil olan məlumatda bildirilir ki, internet istifadəçilərinin 400-dən çoxu Almaniya, Türkiyə, ABŞ, İtaliya, İspaniya, İsrail, Latviya, Özbəkistan, BƏƏ, Avstraliya, Belarus, İsveçrə, Macarıstan, Qazaxıstan, Rusiya, Böyük Britaniya, Ukrayna, İran, Hollandiya, Çin, Bolqarıstan, Litva və Fransadan olublar.

Ümumilikdə, indiyədək portalın fəaliyyətindən 173 mindən çox internet istifadəçisi yararlanıb.

Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. İyul ayında 9, ümumilikdə isə indiyədək 123 qanunvericilik aktının layihəsinin icazələrin elektron informasiya portalında yerləşdirilməsi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti