...

Azərbaycan və Aİ arasında maliyyə sazişi imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2013 19:52
Avropa İttifaqı (Aİ) və Azərbaycan hökuməti arasında ikitərəfli münasibətlərin inkişafı dəstək olaraq çərçivə proqramının işə salınması üzrə 19,5 milyon avronun ayrılmasını nəzərdə tutan maliyyə sazişi imzalanıb.
Azərbaycan və Aİ arasında maliyyə sazişi imzalanıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir E. Əliyev/

Avropa İttifaqı (Aİ) və Azərbaycan hökuməti ikitərəfli münasibətlərin inkişafı dəstək olaraq çərçivə proqramının işə salınması üzrə 19,5 milyon avronun ayrılmasını nəzərdə tutan maliyyə sazişi imzalayıb.

Müvafiq saziş Azərbaycan nümayəndə heyətinin Brüssülə səfəri çərçivəsində Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustavayev və Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle tərəfindən imzalanıb. Trend-in məlumatına görə, bu barədə Avropa Komissyasının cümə axşamı saytında yerləşdirilən məlumatda bildirilir.

Məlumatda bildirilir: "Tərəflər siyasi, iqtisadi regional inkişaf sahələrində hərtərəfli müzakirələr aparıb, 2013-cü ilin noyabrında Vilnüsdə (Litva) keçiriləcək "Şərq Tərəfdaşlığı" sammiti ərəfəsində birgə prioritetləri müəyyənləşdiriblər.

Hər iki tərəf müzakirələrin gedişi zamanı razılaşdı ki, assosiasiya haqqında Saziş və strateji müasirləşdirilmiş əməkdaşlıq haqqında sənəd üzrə danışıqlar paralel olaraq gedir və bir-birini tamamlayır.

İmzalanmadan sonra Füle bildirib: "Bu proqramın işə salınması (ikitərəfli münasibətlərin inkişafına dəstək) Aİ-nin Azərbaycanda müasirləşdirməyə və islahatlara o cümlədən hazırda danışıqlar apardığımız assosiasiya haqqında Saziş də daxil olmaqla bizim sazişlərdə qəbul edilmiş öhdəliklərin effektiv icrasının təminatına uzunmüddətli sadiqliyini göstərir. Biz ümumi dəyərlər sistemi, yaxşı idarəetmə, insan haqları və demokratiya üzərində qurulan əlaqələrin gələcəyinə inanırıq".

Füle vurğulayıb: "Və deməli bizə müasir xidmətlərin alınmasını təmin etmək, ekologiya, gender faktorları kimi həssas, kritik məsələlərə reaksiya verməklə regionlarda daxil olmaqla dövlət idarəçiliyini möhkəmləndirmək lazımdır. Aİ-də bu tip islahatların keçirilməsində böyük təcrübəyə malikdir və bizim köməyimiz real. əhəmiyyətli töhfə verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti