...

Mahmud Məmmədquliyev: Azərbaycan və Aİ arasında bir sıra sahələr üzrə strateji əməkdaşlığa dair sazişin imzalanmasına hazırlıq gedir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2013 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir A.Axundov/

Bu ilin noyabrın 29-30-da Litvanın paytaxtı Vilnüsdə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində Azərbaycan və Avropa İttifaqı (Aİ) bir sıra sahələr üzrə strateji əməkdaşlığa dair saziş imzalaya bilərlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

"Biz hesab edirik ki, Vilnüs sammiti çərçivəsində viza rejiminin sadələşdirilməsi və readmissiya, mobility partnership (əmək miqrsaiyası siyasətinə dair Aİ ilə əməkdaşlığın xüsusi növü) və digər sənədlər də daxil olmaqla bir sıra sazişlər imzalana bilər. Bundan əlavə, bu gün Azərbaycan və Aİ arasında strateji əməkdaşlıq yalnız energetika sahəsini əhatə edir. Lakin biz bu gün nəqliyyat, kənd təsərrüfatı, təhsil və s. sahələr də daxil edilməklə bu siyahının genişləndirilməsinin nəzərdə tutulduğu Azərbaycanın modernləşdirilməsinə dair saziş hazırlayırıq.

Onun sözlərinə görə, sammitin gedişi zamanı, o cümlədən tərəflər Azərbaycanın Aİ proqramları çərçivəsində iştirakının genişləndirilməsinə dair protokol, habelə Azərbaycan və Aİ agentlikləri əməkdaşlığa dair saziş imzalaya bilərlər ki, bu da ölkədə institusial islahatlar və insan resurslarının hazırlanmasına öz töhfəsini verəcək.

Məmmədquliyev bildirib: "Azərbaycan sammitin regional münaqişələrə çox ciddi yanaşmalı olduğunu gözləyir. Bu sammitin yekun bəyannaməsində öz əksini tapmalıdır. İkincisi, sammitdə elə qərarlar qəbul edilməlidir ki, onların nəticəsində Aİ ilə olan əməkdaşlıq Azərbaycan əhalisi üçün daha çox hissedilən olmalıdır".

Onun sözlərinə görə, Yerevanda "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin görüşü sammitöncəsi sonuncu görüş olduğundan faydalı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti