...

Bu ilin ötən dövründə 3286 sahibkara 234,2 milyon manat güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2013 16:49 (UTC +04:00)
Sentyabrın 20-də Tərtər rayonunun Seydimli kəndində keçirilmiş “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Tərtər və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkara 527 min manat dövlətin güzəştli krediti verilmişdir. Bu kreditlər hesabına 60-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bu ilin ötən dövründə 3286 sahibkara 234,2 milyon manat güzəştli kreditlər verilib

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Sentyabrın 20-də Tərtər rayonunun Seydimli kəndində keçirilmiş "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Tərtər və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkara 527 min manat dövlətin güzəştli krediti verilmişdir. Bu kreditlər hesabına 60-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı və 80-ə yaxın sahibkarın iştirakı ilə keçirilmiş tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılmış, Fond tərəfindən Tərtər rayonunda prioritet hesab olunan kiçik və orta həcmli çörək və şirniyyat məhsulları istehsalı müəssisəsinin, cins heyvandarlıq və üzümçülük təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunmuşdur.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Nazirliyin Yuxarı Qarabağ regional bölməsinin müdiri Aslan Aslanov və Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Tərtər rayonunda görülən işlər, o cümlədən rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə gələcəkdə həyata keçiriləcək tədbirlər, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, eləcə də məqsədli dövlət proqramlarında rayon üzrə nəzərdə tutulmuş tədbirlər və onların icra vəziyyəti barədə məlumat vermişlər. Qeyd edilmişdir ki, cari ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3286 investisiya layihəsinin maliyyələşdirilməsinə 234,2 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına 9700-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

İndiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 752 investisiya layihəsinin maliyyələşdirilməsinə 20,2 milyon manat güzəştli kreditlər verilmişdir. Verilmiş güzəştli kreditlər 1800-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verir.

Tədbirdə sahibkarları maraqlandıran suallar da cavablandırılmışdır.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində dövlətin güzəştli krediti ayrılmış Tərtər rayonundakı müasir soyuducu anbar kompleksinin fəaliyyətinə də baxış keçirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti