...

Azərbaycan 2014-cü ildən iki ölkə ilə ikiqat vergitutmanı ləğv edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2013 14:58 (UTC +04:00)
2014-cü ilin yanvarın 1-dən Azərbaycanın Xorvatiya və Makedoniya ilə ikiqat vergiturtmanın aradan qaldırılması haqqında sazişi tətbiq edilməyə başlanılacaq.
Azərbaycan 2014-cü ildən iki ölkə ilə ikiqat vergitutmanı ləğv edəcək

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir A. Axundov/

2014-cü il yanvarın 1-dən Azərbaycanın Xorvatiya və Makedoniya ilə ikiqat vergiturtmanın aradan qaldırılması haqqında sazişi tətbiq edilməyə başlanılacaq. Bu barədə çərşənbə günü Trend-ə Vergilər Nazirliyindən bildiriblər.

Nazirlikdən deyiblər ki, Xorvatiya ilə gəlirlərə və əmlaka, həmçinin vergidən yayınmağın qarşısını almağa dair ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş 2012-ci il martın 12-də imzalanıb və 2013-cü ilin martın 18-də qüvvəyə minib. 2013-cü il aprelin 19-da Makedoniya ilə imzalanan müvafiq saziş avqustun 12-də qüvvəyə minib.

Azərbaycanda bu sazişlər fiziki şəxslərin gəlir vergisini, hüquqi şəxslərin mənfəət vergisini, torpaq və əmlak vergisini əhatə edəcəyi halda, Xorvatiyada gəlir, mənfəət, yerli gəlir vergilərinə, Makedoniyada isə fərdi gəlir, mənfəət və əmlak vergilərinə şamil ediləcək.

Bu il Sloveniya ilə belə sazişin tətbiqinə başlanılıb. Ümumilikdə, Azərbaycan 43 ölkə ilə ikiqat vergitutmanın ləğvi haqqında saziş imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti