...

Vergilər naziri Fazil Məmmədov Bərdə şəhərində vətəndaşları qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2013 16:59 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.
Vergilər naziri Fazil Məmmədov Bərdə şəhərində vətəndaşları qəbul edib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, növbəti belə qəbul Bərdə şəhərinin vergi ödəyicilərinə xidmət mərkəzində Yevlax, Tərtər, Ağcabədi, Beyləqan, İmişli, Bərdə, Zərdab, Füzuli, Laçın, Ağdam, Xocalı və Xocavənd rayonlarından olan vətəndaşlarla keçirilmişdir. 50-dən çox vətəndaş vergi orqanlarına işə qəbul, POS-terminalların quraşdırılması, nəzarət kassa aparatlarının tətbiqi ilə bağlı, vergi borcları, o cümlədən vergi inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklər və problemlər, həmçinin vergi dərəcələrinin azaldılmasına yönəli təkiflər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi və onları narahat edən digər məsələlərlə bağlı vergilər nazirinə müraciət etmişlər.

Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunmuş, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınmış, digər məsələlərin isə araşdırılması və lazımi tədbirlər görülməsi barədə müvafiq tapşırıqlar verilmişdir. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldırdıqlarını bildirmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti