...

Nazir: Türkiyədə "Mərmərə" dəmiryol tuneli oktyabrın sonunda istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2013 14:48 (UTC +04:00)
İstanbulun Asiya və Avropa hissələrini birləşdirəcək "Mərmərə" dəmiryol tuneli oktyabrın 29-da istismara veriləcək.
Nazir: Türkiyədə "Mərmərə" dəmiryol tuneli oktyabrın sonunda istismara veriləcək

Azərbaycan, Bakı, 3 oktyabr/Trend, müxbir R. Hafizoğlu/

İstanbulun Asiya və Avropa hissələrini birləşdirəcək "Mərmərə" dəmiryol tuneli oktyabrın 29-da istismara veriləcək. Trend-in cümə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Binali Yıldırım deyib.

Onun sözlərinə görə, hazırda tuneldə hazırlıq işləri aparılır.

Nazirlikdən daha əvvəl Trend-ə verilən məlumata görə, tunelin uzunluğu 13,6 kilometr təşkil edəcək. Qatarlar hər iki dəqiqədən bir yola düşəcək. Hər iki tərəfə daşınılan sərnişinlərin ümumi sayı gün ərzində təqribən 1,2 milyon nəfər təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti