...

Şahin Mustafayev tərəfindən Göyçayda vətəndaşların qəbulu vaxtı yenidən dəyişdirildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2013 17:27 (UTC +04:00)
İqtisadi inkişaf naziri Şahin Mustafayev tərəfindən Göyçayda oktyabrın 5-nə nəzərdə tutulan vətəndaşların qəbulu vaxtı oktyabrın 12-nə keçirilib.
Şahin Mustafayev tərəfindən Göyçayda vətəndaşların qəbulu vaxtı yenidən dəyişdirildi

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

İqtisadi inkişaf naziri Şahin Mustafayev tərəfindən Göyçayda oktyabrın 5-nə nəzərdə tutulan vətəndaşların qəbulu vaxtı oktyabrın 12-nə keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti, 98) təşkil olunacaq qəbulda nazir Ş.Mustafayev Ağdaş, Ucar və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Aran regional bölməsi (ünvan: Yevlax şəhəri, H.Əliyev prospekti, 34, əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 336-73-10, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected], [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və "facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Qeyd edək ki, bundan əvvəl Ş.Mustafayev tərəfindən Göyçayda vətəndaşların qəbulu sentyabrın 28-nə nəzərdə tutulsa da, qəbul vaxtı oktyabrın 5-nə keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti