...

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2013 14:43 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 16 297 nəfərə yüksəlib.
Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 16 297 nəfərə yüksəlib. Trend-in DSMF-nin İctimaiyyətlə əlaqə sektoruna istinadən verdiyi məlumata görə, cari ilin 9 ayı ərzində DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 15,6 faiz artıb.

Hesabat dövründə DSMF tərəfindən əlavə olaraq 2544 əcnəbi vətəndaşa fərdi hesab açılıb.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 90,2 faizini kişilər, 9,8 faizini isə qadınlar təşkil edir.

Ümumilikdə 99 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşlarına məxsusdur. Hazırda sistemdə qeydiyyatda olan əcnəbilərin 9498-i Türkiyə vətəndaşları, 1762-i Gürcüstan vətəndaşları, 827-i Rusiya Federasiyasının vətəndaşları təşkil edir.

Sonrakı yerlərdə İran İslam Respublikası (532), Hindistan (399), Çin Xalq Respublikası (396), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (240), Özbəkistan (185), Pakistan İslam Respublikası (151), Almaniya (143), Bangladeş Xalq Respublikası (141), Ukrayna (139), Bosniya və Hersoqovina (129), Filippin (123), İtaliya (111), Türkmənistan (106), Qazaxıstan (107), ABŞ (101), Malayziya (91) və s. ölkələr gəlir.

2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və icbari dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin icbari dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti