...

"Kredit House" gəlirliliyi 8 faiz olan istiqrazlar buraxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2013 15:18 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Kredit House" MMC bank olmayan kredit təşkilatının 1 milyon manat dəyərində faizli, təmin edilməmiş, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
"Kredit House" gəlirliliyi 8 faiz olan istiqrazlar buraxıb

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir A.Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Kredit House" MMC bank olmayan kredit təşkilatının 1 milyon manat dəyərində faizli, təmin edilməmiş, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.

Bakı Fond Birjasından (BFB) Trend-ə verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 1000 istiqraz buraxılıb. Qiymətli kağızların tədavül müddəti illik gəlirliliyi 8 faiz və kredit ödənişi dövrü isə rübdə bir dəfə olmaqla 720 gündür.

Yerləşdirmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

İstiqrazları əldə etmək istəyənlər BFB-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti