...

Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2013 17:00 (UTC +04:00)
Noyabrın 13-də İtaliya iqtisadi inkişaf nazirinin müavini Karlo Kalendanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək.
Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Noyabrın 13-də İtaliya iqtisadi inkişaf nazirinin müavini Karlo Kalendanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək.

Trend Fondun saytına istinadən məlumat verir ki, biznes foruma tikinti, infrastruktur, memarlıq, dizayn, inşaat materiallarının istehsalı və hidroenergetika sahələrində fəaliyyət göstərən 50-dən artıq İtaliya şirkətinin qatılacağı gözlənilir.

Tədbirlə bağlı əlavə məlumat üçün: tel.: 012 5980147/48 və ya 4371142 (daxili: 123, 108, 119); e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti