...

"PAŞA Həyat Sığorta" şirkəti həyatın yaşam sığortası növü üzrə onlayn müraciət xidməti yaradıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2013 16:43 (UTC +04:00)
"PAŞA Həyat Sığorta" ASC potensial müşərilərinin rahatlığını nəzərə alaraq, öz rəsmi veb-səhifəsində (www.pasha-life.az) həyatın yaşam sığortası növü üzrə onlayn müraciət bölməsi yaradıb.
"PAŞA Həyat Sığorta" şirkəti həyatın yaşam sığortası növü üzrə onlayn müraciət xidməti yaradıb

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

"PAŞA Həyat Sığorta" ASC potensial müşərilərinin rahatlığını nəzərə alaraq, öz rəsmi veb-səhifəsində (www.pasha-life.az) həyatın yaşam sığortası növü üzrə onlayn müraciət bölməsi yaradıb.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən Trend-ə verilən məlumata görə, potensial müştərilər həyatın yaşam sığortası növü üzrə onlayn müraciət bölməsində xüsusi xanalara müəyyən məbləği daxil etməklə öz sığorta haqları və sığorta məbləğlərini onlayn hesablamaq imkanı əldə edirlər.

Hesablamanın nəticəsi olaraq, müştəri bu məhsula qoşulmaqla bağlı şirkətə sorğu da göndərə bilər. Göndərilən sorğu müvafiq qiymətləndirmədən keçdikdən sonra şirkət əməkdaşı sorğu göndərənlə dərhal əlaqə saxlayır və müştəri ilə müvafiq sığorta müqaviləsi bağlanılır.

Qeyd edək ki, "PAŞA Həyat"ın rəsmi veb-səhifəsində belə bir xidmətin yaradılmasında əsas məqsəd əhalini sözügedən məhsul barəsində maarifləndirməklə yanaşı, potensial müştərilərin vaxtlarına qənaət etməklə məhsuldan yararlanmağın əlçatanlığını tez bir zamanda təmin etməkdir.

Xatırladaq ki, "Həyatın yaşam sığortası" sığorta olunanın sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta məhsuludur.

"PAŞA Holding" şirkətlər qrupunun ən gənc və uğurlu üzvlərindən biri olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci il fevralın 14-dən fəaliyyət göstərir. Cari ilin 9 ayı üzrə şirkət yığımlarının (24,498 mln. manat), həmçinin nizamnamə kapitalının (22,500 mln. manat) həcminə görə Azərbaycanın həyat sığortası bazarının lideridir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, hətta sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti