Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir E.Əliyev/
Azərbaycanın iri lizinq şirkəti "Joint Leasing" cari ilin sonunadək 10 milyon manat məbləğində istiqraz yerləşdirəcək. Trend-in məlumatına görə, bunu cümə axşamı şirkətin baş direktoru Elçin Əhmədov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, istiqrazlar üzrə gəlirlilik illik 10 faiz təşkil edəcək, yerləşdirmənin müddəti isə 5 il olacaq.
E.Əhmədov qeyd edib ki, "Joint Leasing"in səhmdarları beynəlxalq təşkilatlar üçün şirkətin cəlbediciliyini artırmaq, həmçinin beynəlxalq maliyyə resurslarına çıxışı sadələşdirmək məqsədilə şirkətin inkişafının davam etdirilməsi barədə qərar qəbul ediblər: "Tapşırıqlardan biri şirkətin nizamnamə kapitalının artırılması oldu ki, bu da həyata keçirildi".
Şirkətin nizamnamə kapitalı 700 min manatdan 1,26 milyon manatadək artırılıb.