...

"Bank Technique"in müştərisi avtomobil qazandı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2013 18:49 (UTC +04:00)
2013-cü il noyabr ayının 15-də "Bank Technique"in "Şans" depoziti üzrə vəsait yatıran əmanətçilər arasında "Volkswagen Polo" avtomobilini qazanmaq şansı verən "Şans Technique" adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb.
"Bank Technique"in müştərisi avtomobil qazandı (FOTO)

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

2013-cü il noyabr ayının 15-də "Bank Technique"in "Şans" depoziti üzrə vəsait yatıran əmanətçilər arasında "Volkswagen Polo" avtomobilini qazanmaq şansı verən "Şans Technique" adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb.

"Bank Technique"dən cümə günü Trend-ə verilən məlumata görə, lotereyanın qalibi bankın baş ofisinin müştərisi Qaraxanova Ləman Etibar qızı olub. 5 nəfərdən ibarət Tiraj Komissiyasının nəzarəti altında oynanılan lotereya lototron vasitəsilə, kuponlar arasında təsadüfi seçim metodu ilə keçirilib. Oyunun gedişatını bankın müştəriləri və KİV nümayəndələri də izləyiblər. Qalibin adı yazılmış kuponu lototrondan Tiraj Komissiyasının sədri Emin Əfəndi çıxarıb.

Şərtlərə əsasən, "Şans" depozitinə 8.000 AZN və ya 10.000 USD vəsait yatıran hər bir əmanətçiyə lotereyada iştirak hüququnu verən 1 kupon təqdim olunur. Depozitin müddəti - 12 ay, illik faiz dərəcəsi - 8%-dir. Xatırladaq ki, lotereya ildə 2 dəfə oynanılır. Növbəti tiraj 2014-cü il aprel ayında oynanılacaq. "Şans" depoziti üzrə əmanət yatıran əmanətçilərin növbəti tirajda oynamaq hüququ var.

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC) 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" ASC Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda "Bank Technique"in 32 filial və 8 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti