...

Expressbank keçirdiyi kampaniyanın qaliblərini müəyyən etdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2013 11:23 (UTC +04:00)
Expressbank 01 sentyabr 2013-cü il – 31 oktyabr 2013-cü il-ci il tarixləri aralığında keçirilən kampaniyanın qaliblərinin müəyyən etdi
Expressbank keçirdiyi kampaniyanın qaliblərini müəyyən etdi (FOTO)

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Expressbank 01 sentyabr 2013-cü il - 31 oktyabr 2013-cü il-ci il tarixləri aralığında keçirilən kampaniyanın qaliblərinin müəyyən etdi. Şərtlərə əsasən - İştirak etmək üçün "Expressbank" ASC-nin emissiya etdiyi VISA Electron və ya Maestro tipli əmək haqqı kartları vasitəsi ilə ən azı 10 (on) AZN məbləğində bir nağdsız əməliyyat etmək kifayət idi.

Uduşlar 05 noyabr 2013 tarixində oynanıldı. Təsadüfi seçim prinsipinə əsaslanan xüsusi proqram təminatı vasitəsi ilə 18 adda pul mükafatı oynanıldı. 10 (on ) nəfər 100 ( bir yüz ) AZN, 5 ( beş) nəfər 200 (iki yüz ) AZN və 3 (üç ) nəfər 300 ( üç yüz ) AZN məbləğində pul mükafatına sahib oldu.

Qaliblərin müəyyənləşməsinin daha şəffaf keçməsi üçün tiraj 5 ( beş ) nəfərdən ibarət komissiya üzvlərinin nəzarəti altında keçdi. Onların içərisində kütləvi informasiya vasitələrinin nümayəndəsi də yer almışdı.

Qeyd edək ki, bu Expressbankın müştəriləri üçün keçirdiyi ilk kampaniya deyil. Bundan sonra da sizləri biri birindən maraqlı və faydalı kampaniyalar gözləyir.

Əlavə məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə , http://www.expressbank.az saytına daxil ola və ya bankın rəsmi facebook səhifəsinə keçid ala bilərsiniz http://www.facebook.com/Expressbank

Məqalədə:
Xəbər lenti

Xəbər lenti