Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir S.Əhmədova/
Fransanın xarici ticarət naziri xanım Nikol Brikin Azərbaycana səfərinin tarixi açıqlanıb.
Nazirin səfəri noyabrın 25-nə planlaşdırılıb. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.
Onun sözlərinə görə, səfərin məqsədi noyabrın 26-da keçiriləcək Azərbaycan-Fransa iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirak etməkdir.
Qeyd edək ki, 2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan və Fransa arasında əmtəə dövriyyəsi 1 183,2 milyon dollar təşkil edib.