...

10 saylı cəzaçəkmə müəssisəsində treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2013 13:23 (UTC +04:00)
Noyabrın 29-da İqtisadiyyat və Sənaye Nazirliyinin və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə 10 saylı cəzaçəkmə müəssisəsində “Biznesin əsasları, təşkili və idarə edilməsi” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.
10 saylı cəzaçəkmə müəssisəsində treninq keçirilib

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Noyabrın 29-da İqtisadiyyat və Sənaye Nazirliyinin və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə 10 saylı cəzaçəkmə müəssisəsində "Biznesin əsasları, təşkili və idarə edilməsi" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib.

İtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin, Penitensiar Xidmətin və 10 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları iştirak ediblər.

40-dan çox məhkumun iştirakı ilə keçirilmiş treninqdə "Biznesin əsasları, təşkili və idarə edilməsi" mövzusunda təqdimat keçirilib, iştirakçılara biznesin mahiyyəti, biznes mühiti, biznesin planlaşdırılması və idarə edilməsinin təşkili, insan resurslarından səmərəli idarə edilməsi və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə iştirakçıları, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və s. barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti