...

"Invest in Azerbaijan" bülleteninin 4-cü sayı nəşr olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2013 15:53 (UTC +04:00)
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Böyük Britaniyanın nüfuzlu “Business New Europe” jurnalının birgə hazırladığı “Invest in Azerbaijan” bülleteninin 4-cü sayı nəşr olunub.
"Invest in Azerbaijan" bülleteninin 4-cü sayı nəşr olunub

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Böyük Britaniyanın nüfuzlu "Business New Europe" jurnalının birgə hazırladığı "Invest in Azerbaijan" bülleteninin 4-cü sayı nəşr olunub.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bülletenin budəfəki sayında Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, ölkə iqtisadiyyatının prioritet sahəsi olan qeyri-neft sektoruna, həyata keçirilən iri layihələrə, AZPROMO-nun fəaliyyətinə, eləcə də ölkənin tikinti, bank və lizinq sahələrinə dair məqalələr dərc olunub.

"Invest in Azerbaijan" bülleteni abunəçilər tərəfindən maraqla qarşılanır. Belə ki, artıq bülletenin 3500-ə yaxın xarici abunəçisi var. Bu isə Azərbaycan iqtisadiyyatına, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinə olan marağın göstəricisidir.

Qeyd edək ki, bülleten xarici ölkələrdə fəaliyyət göstərən iş adamları və biznes dairələrinin Azərbaycan iqtisadiyyatı, ölkəmizin biznes və investisiya mühiti, iqtisadiyyatın prioritet istiqamətləri barədə məlumatlılıq səviyyəsini daha da artırmaq məqsədilə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti